Bloomberg: ABŞ NATO-dan Ukrayna üçün daha çox vəsait ayrılmasını istəyəcək

ABŞ Ukraynaya silah tədarükü proqramına daha çox vəsait ayırmaq xahişi ilə NATO-dakı müttəfiqlərinə müraciət etməyi planlaşdırır.

Realist.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Söhbət PURL proqramından gedir. Tələb olunan dəqiq məbləğ hələlik bəlli olmasa da, agentliyin həmsöhbətləri artiq təsdiqlənmiş silah paketləri üçün təxminən 2 milyard dollar maliyyə kəsirinin olduğunu bildirirlər. Mənbənin sözlərinə görə, rəsmi müraciət bu ay ərzində daxil ola bilər.

Nəşr qeyd edir ki, bu addım Tramp və Zelenski arasında davam edən gərginliyə baxmayaraq, Vaşinqtonun müdafiə sahəsində Kiyevə dəstəyinin davam etdiyini göstərir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın