Qazaxıstanda Xəzər dənizi vasitəsilə narkotik daşıyan beynəlxalq şəbəkə çökdürüldü
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik kontrabandası kanalının fəaliyyətinin qarşısını alıb.
Realist.az-ın Qazaxıstan bürosu Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat xüsusi taktikalarla dənizdə və sahildə paralellər üzrə keçirilib.
Dənizdə katerlə təqib: 109 kq narkotik müsadirə edildi
Məlumata görə, noyabrın 1-də Qazaxıstan Sərhəd Xidməti Manqistau vilayəti üzrə departamenti ilə birgə əməliyyat keçirib:
-
Saxlanılanlar: Dənizdə katerlə təqibdən yayınmağa çalışan 3 əcnəbi və onları sahildə qarşılayan 2 Qazaxıstan vətəndaşı tutulub.
-
Müsadirə olunan maddələr: Əməliyyat zamanı ümumilikdə 109 kq narkotik vasitə – 22 kq tiryək, 27 kq həşiş və 60 kq marixuana, həmçinin kiçikhəcmli sürət kateri müsadirə edilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
