KİV: Almaniyadakı ukraynalı qaçqınlar Vətənə qayıtmağa maraq göstərmirlər

Almaniyada məskunlaşan ukraynalı qaçqınlar hazırda Vətənə qayıtmaqda maraqlı görünmürlər.

Realist.az-ın məlumatına görə, bu barədə Vətənə qayıtmaq istəyən ukraynalılar üçün nəzərdə tutulmuş Məsləhət Mərkəzinin (“Unity Hub Berlin”) göstəricilərinə istinadən Almaniya KİV-i xəbər verib.

Ukraynanın Almaniyadakı səfirliyinə istinadən yayılan məlumatda bildirilir ki, mərkəzin fəaliyyətə başladığı aprel ayından bu günədək Ukraynaya qayıtmaq imkanları ilə bağlı cəmi 60-a yaxın müraciət qeydə alınıb. Bu müraciətlər də, əsasən, sadəcə məlumat almaq və məsləhətləşmə xarakteri daşıyıb.

Müraciət edənlər arasında hərbi yaşda olan kişilərdən cəmi 3 sorğu daxil olub. Ən böyük marağı isə pensiya yaşlı vətəndaşlar göstəriblər.

Mərkəzin hesabatına əsasən, müraciət edənlərin mütləq əksəriyyəti Vətənə qayıtmaq imkanını yalnız hərbi əməliyyatların tam başa çatması və Ukraynada təhlükəsizlik vəziyyətinin stabilləşməsindən sonra nəzərdən keçirirlər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın