Britaniya DİN rəhbəri daimi yaşayış icazəsinin alınması müddətlərini kəskin sərtləşdirdi

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud parlamentdə daimi yaşayış icazəsinin (ILR) alınması ilə bağlı yeni, daha sərt qaydaları elan edib. Bəzi miqrant kateqoriyaları üçün gözləmə müddəti 30 ilə çata bilər.

Realist.az-ın məlumatına görə, yeni plana əsasən, miqrantların daimi yaşayış hüququ əldə etməsi üçün ölkədə yaşamalı olduqları standart müddət iki dəfə artırılaraq 5 ildən 10 ilə qaldırılıb.

Mahmud həmçinin bildirib ki, sosial müavinət tələb edən və ya miqrasiya qaydalarını pozan şəxslər daimi yaşayış icazəsini yalnız 20 ildən sonra ala biləcəklər.

Bununla yanaşı, kiçik qayıqlarla ölkəyə gələn miqrantlara qarşı da daha sərt tədbirlər qəbul edilib. Bu yolla gələnlərdən işləyən və ya təhsil alanlar icazə üçün 20 il, hələ işə və ya təhsilə başlamayanlar isə daha 10 il (ümumilikdə 30 il) gözləməli olacaqlar.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın