Abşeronda yaşayış evində partlayış: 2 nəfər xəsarət alıb
Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evində partlayış baş verib.
Realist.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 10 kv.m olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
