Naxçıvan-Şahbuz magistralında ağır yol qəzası: 6 nəfər xəsarət alıb
Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Realist.az”ın yerli bürosunun verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza nəticəsində yaralananların siyahısı:
-
Gülay Abbasova (1986-cı il təvəllüdlü)
-
İsa Nağıyev (2017-ci il təvəllüdlü)
-
Sevinc Hacıyeva (2004-cü il təvəllüdlü)
-
Gülnar Hacıyeva (1985-ci il təvəllüdlü)
-
Namiq Hacıyev (1982-ci il təvəllüdlü)
-
Cəmil Nağıyev (2003-cü il təvəllüdlü)
Hadisə nəticəsində yaralanan şəxslər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına jəlb olunaraq həkim nəzarətinə götürülüblər. Əraziyə polis əməkdaşları cəlb edilib, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
