Aİ 2027-ci ildən 15 yaşlı məktəblilərə Süni İntellekt sertifikatı verəcək

Avropa İttifaqı (Aİ) 2027–2028-ci tədris ilindən etibarən 15 yaşlı məktəblilərə süni intellekt sahəsində bilik və bacarıqlarını təsdiq edən xüsusi sertifikatların verilməsini planlaşdırır.

Realist.az Euronews-a istinadən xəbər verir ki, bu təşəbbüs yeniyetmələrin süni intellektin (Sİ) iş prinsiplərini anlamasına, ondan alınan məlumatların doğruluğunu yoxlamasına, manipulyasiyaları müəyyən etməsinə və bu texnologiya ilə bağlı riskləri düzgün qiymətləndirməsinə kömək etmək amacı daşıyır.

Avropa Komissiyasının vitse-prezidenti Roxana Mınzatunun bildirdiyinə görə, sertifikat şagirdlərə yalnız süni intellektdən istifadə etməyi deyil, həm də hansı məqamlarda ondan imtina etməyin vacibliyini öyrətməlidir.

Bu addım baza təhsil bacarıqlarının zəifləməsi fonunda atılır. PISA tədqiqatlarının nəticələrinə əsasən, Aİ-də təxminən hər üç 15 yaşlı yeniyetmədən biri oxu və ya riyaziyyat üzrə çətinlik çəkir. Brüssel hesab edir ki, Sİ-dən savadlı istifadə təhsili daha effektiv edəcək və fərdiləşdirilmiş təlim imkanlarını genişləndirəcək.

Eyni zamanda, Avropa Komissiyası vurğulayır ki, Sİ savadlılığının inkişafı kiçikyaşlı yeniyetmələrin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq planları ilə ziddiyyət təşkil etmir. Mınzatunun sözlərinə görə, süni intellektin təhsil məqsədli istifadəsi asılılıq yarada bilən platforma alqoritmlərindən tamamilə fərqlənir

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın