Azərbaycanda əcnəbilərin qeydiyyatı və iş icazəsi üçün yeni dövlət rüsumları tətbiq olunacaq

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Realist.az xəbər verir ki, bu yenilik Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşdiriləcək.

Qanun layihəsində miqrasiya sahəsində bir sıra digər ödənişlər də əksini tapıb:

  • İş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəniləcək;

  • Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə və yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu tutulacaq.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın