Trampın hərbi yardımı dayandırmaq qərarına Netanyahudan ilk reaksiya

İsrail Baş nazirinin dəftərxanası ABŞ Prezidenti Donald Trampın İsrailə ayrılan illik 4 milyard dollarlıq hərbi yardımın dayandırılması ilə bağlı bəyanatına ilk dəfə reaksiya verib.

Realist.az xəbər verir ki, baş nazirin dəftərxanasından verilən məlumatda İsrailin bu gün güclü və sabit iqtisadiyyata malik olduğu vurğulanıb.

Qeyd olunub ki, maliyyə yardımından strateji tərəfdaşlığa keçid iki ölkə arasındakı ikitərəfli münasibətlərin sarsılmazlığını və dərinliyini sübut edir:

“Baş nazir Netanyahu və Prezident Trampın yardımdan tərəfdaşlığa keçid modeli əlaqələrimizin nə qədər möhkəm və dərin olduğunu aydın nümayiş etdirir,” – deyə dəftərxananın rəsmi bəyanatında bildirilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın