Almaniya əhalisinə kritik xəbərdarlıq: 10 günlük ərzaq ehtiyatı görün

Almaniyanın Əhalinin Mühafizəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) ölkə sakinlərinə müharibə münaqişələri, elektrik enerjisinin kəsilməsi (blakaut), daşqınlar və təchizat zəncirindəki problemlərə qarşı evdə ərzaq ehtiyatı yaratmaqla bağlı çağırış edib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, idarənin tövsiyələrinə əsasən, toplanan qida və su ehtiyatı ən azı 10 gün müddətinə kifayət etməlidir.

Bundan əlavə, Almaniya rəsmi qurumları vətəndaşlara xüsusi təxliyə çantası hazırlamağı məsləhət görür. Çantaya aşağıdakı zəruri əşyalar daxil edilməlidir:

  • Tibbi yardım dəsti (apteçka) və vacib dərmanlar;

  • Sənədlər, su, fənər və batareyalar;

  • Nağd pul, isti geyim və şəxsi gigiyena vasitələri.

Ev heyvanları saxlayan şəxslərə isə ev heyvanları üçün də ayrıca yem ehtiyatı tədarük etmək tövsiyə olunur.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın