Belçikada miqrasiya qaydaları kəskin sərtləşdirildi: Polisə yeni səlahiyyətlər verildi

Belçika parlamenti polisin ölkədə qanunsuz yaşayan miqrantların mənzillərində axtarış aparmasına şərait yaradan yeni qanun layihəsini qəbul edib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən sənəd ölkədə qanunsuz qalan, sığınacaq tələbi rədd edilən və Belçikanı tərk etmək tələbini icra etməyən əcnəbilərin evlərində axtarış aparılmasına imkan verir.

Axtarışlar hansı şərtlərlə aparılacaq?

Yenilik bütün qanunsuz miqrantlara deyil, yalnız ictimai təhlükəsizliyə hədə yaradan şəxslərə şamil olunacaq.

Axtarış qaydalarının icrası aşağıdakı şərtlərə bağlıdır:

  • Hər bir axtarış üçün istintaq hakiminin xüsusi icazəsi tələb olunur;

  • Əməliyyatlar yalnız saat 05:00-dan 09:00-dək həyata keçirilə bilər;

  • Axtarış prosesində miqrasiya xidmətinin əməkdaşlarının iştirakı məcburidir.

Ölkədə kütləvi etirazlar baş qaldırıb

Bu qanun Baş nazir De Wever hökumətinin miqrasiya siyasətini sərtləşdirmək və deportasiyaların sayını artırmaq istiqamətində atdığı növbəti addımdır.

Hüquq müdafiə təşkilatları və hüquqşünaslar layihənin əleyhinə çıxış edərək, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması riskləri barədə xəbərdarlıq ediblər. Səsvermədən öncə Brüsseldə Ədliyyə Sarayı qarşısında 3 000-ə yaxın insan etiraz aksiyası keçirib, ölkə üzrə isə 50-dən çox nümayiş təşkil olunub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın