Rusiya Silahlı Qüvvələrinin Ukraynanın energetika sisteminə endirdiyi intensiv zərbələr nəticəsində Dnepropetrovsk vilayətinin 5 rayonunda 600 mindən çox abunəçi elektrik enerjisiz qalıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Qanja məlumat yayıb.
Vilayət rəhbərinin sözlərinə görə, yaranmış kritik vəziyyətlə əlaqədar xəstəxanalar və digər mühüm həyati vacib obyektlər təcili olaraq alternetiv enerji mənbələrinə — generatorlara keçirilib.
Enerji sisteminə dalbadal hücumlar
Dnepropetrovsk vilayətinin energetika infrastrukturu artıq bir neçə gündür ki, ardıcıl olaraq hücumlara məruz qalır. Noyabrın 7-si axşam saatlarında həyata keçirilən təkrar zərbələr nəticəsində təkcə Dnepr şəhərində 60 mindən çox abunəçinin elektrik təchizatı kəsilmişdi.
Vilayət Hərbi Administrasiyasından bildirilib ki, təhlükəsizlik şəraiti imkan verən kimi qəza-bərpa briqadaları dərhal təmir işlərinə başlayacaqlar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
