Almaniya Kansleri Merç xəbərdarlıq edib ki, Avropa İttifaqının bütün üzvləri 2027-ci ildə və növbəti illərdə Ukraynaya maliyyə dəstəyi öhdəliyini üzərilərinə götürməzlərsə, ittifaqın növbəti yeddiillik büdcəsini bloklayacaq.
Realist.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumət başçısının Aİ Şurasının sədri Koştaya ünvanladığı məktubda bildirilir.
Merç blokun 2028-2034-cü illər üçün nəzərdə tutulan büdcəsinə razılıq verməsini bütün Aİ ölkələrinin Ukraynanı maliyyələşdirməyə hazır olması şərti ilə bağlayıb. Qeyd olunur ki, Ukraynanın 2027-ci ildə maliyyə defisiti 70 milyard avro təşkil edir.
“Bütün ölkələr ədalətli töhfə verməlidir”
Almaniya Kansleri məktubunda xüsusilə vurğulayıb:
“İstisnasız olaraq hamımızın bu defisitin aradan qaldırılmasına ədalətli töhfə verəcəyinə dair kollektiv öhdəlik götürməsi bu məsələnin həlli və xüsusilə maliyyə nəticələri ilə bağlı növbəti mövzuların müzakirəsi üçün zəruri şərtdir. Daha sonra biz 2028-ci ildən etibarən Ukraynanın etibarlı və uzunmüddətli maliyyələşdirilməsi perspektivini təmin edən, bütün üzv dövlətlər tərəfindən dəstəklənən bir həll yolu tapmalıyıq”.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
