ABŞ Dövlət katibindən KRİTİK bəyanat: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti vermək imkansızdır
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, münaqişə başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi yalnız Rusiya Federasiyasının razılığı olduğu təqdirdə mümkündür.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ diplomatik korpusunun rəhbəri yekun təhlükəsizlik zəmanətləri planının hələ ki tam razılaşdırılmadığını vurğulayıb.
NATO Nizamnaməsinin 4 və 5-ci maddələri masadadır
Rubionun sözlərinə görə, təfərrüatlar tam dəqiqləşməsə də, Vaşinqton hazırda NATO Nizamnaməsinin 4-cü və 5-ci maddələrinə analoji olan mexanizmləri nəzərdən keçirir.
Dövlət katibi xüsusilə qeyd edib ki, tərəflər arasında yekun razılaşmaların əldə olunması üçün yaxın günlərdə Əbu-Dabi şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar həlledici və kritik əhəmiyyət kəsb edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


