Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Realist.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı Xocəsən qəsəbəsi, Sollar küçəsi 100 ünvanında piyada hərəkət edərkən faciəvi şəkildə həlak olub.
Belə ki, boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar qəfil 48 yaşlı qadının üzərinə aşıb. Ağır xəsarətlər alan S.Nuriyeva hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


