EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Göyçay rayonunda sakinlərlə görüşüb.

Agentlikdən Realist.az-a verilən məlumata görə, qəbulda 20-dən çox vətəndaş iştirak edib.

Görüş zamanı sakinlərin mənzil (fərdi ev), avtomobil, sanatoriya-kurort yollayışları, reabilitasiya vasitələri və xidmətləri ilə təminat, eləcə də digər sosial məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əlavə araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən hər ay respublikanın müxtəlif rayonlarında vətəndaş qəbulları təşkil olunur. Qəbulların vaxtı və keçirilmə yeri barədə məlumat Agentliyin sosial media hesablarında paylaşılır.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar (012) 525-41-30 telefon nömrəsinin 5625 və ya 5614 daxili nömrələri ilə əlaqə saxlaya, [email protected] elektron poçt ünvanına müraciət edə, yerli filiala yaxınlaşa və ya Agentliyin sosial şəbəkə hesabları vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın