Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti iyulun 1-dən bəri ilk dəfə 60 min dollar həddindən aşağı düşüb.
Realist az xəbər verir ki, son 24 saat ərzində bitkoinin dəyəri 5 faiz ucuzlaşaraq 59,8 min dollar səviyyəsinə enib.
“CoinMarketCap”ın məlumatına görə, oktyabrın əvvəlində 86-87 min dollara satılan bitkoin hazırda həmin göstəricidən təxminən 30 faiz aşağı qiymətə ticarət olunur.
Ekspertlər kriptovalyuta bazarındakı geriləmənin ilin sonunadək və daha uzun müddət davam edə biləcəyini proqnozlaşdırıblar.
Əsas səbəblər arasında riskli aktivlərdən kapital axınına səbəb olan mənfi makroiqtisadi amillər göstərilir.
Qeyd edək ki, ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti də təxminən 1,7 min dollar səviyyəsindədir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


