ABŞ Prezidenti Donald Tramp Rusiya pilotsuz uçuş aparatlarının və raketlərinin Polşa ərazisinə düşməsini səhv addım kimi qiymətləndirib.
Realist.az Polşa Mətbuat Agentliyinə (PAP) istinadən xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına telefon müsahibəsində danışıb.
Polşanın Baş naziri Donald Tuskun Vladimir Putini “dost” adlandırmasına etiraz etməsi ilə bağlı suala cavab verən ABŞ Prezidenti “Bununla bağlı heç nə edə bilmərəm”, – deyə bildirib.
Tramp, eyni zamanda Rusiya dronlarının və bir neçə kiçik raketinin səhvən Polşa ərazisinə düşdüyünü iddia edib.
Qeyd edək ki, noyabrın 20-də Rusiya ordusunun Ukraynaya genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumu qonşu Polşada da narahatlığa səbəb olub. Ukrayna sərhədinə yaxın Lublin şəhərində hava hücumu sirenləri işə salınıb, əhaliyə təhlükəsiz yerlərə sığınmaq barədə xəbərdarlıq edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


