EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ötən gün — noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Realist.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı ərazilərdə yağıntılar intensiv xarakterli olub, Şahdağa isə arabir qar yağıb.

Rayonlar üzrə düşən yağıntının miqdarı:

  • Qax (Sarıbaş): 21 mm

  • Zaqatala: 12 mm

  • Kişçay (Şəki): 10 mm

  • Şəmkir, Tovuz: 9 mm

  • Gədəbəy: 8 mm

  • Balakən, Daşkəsən: 6 mm

  • Oğuz: 5 mm

  • Gəncə, Ağstafa: 4 mm

  • Göygöl: 2 mm

  • Qazax, Samux, Mingəçevir: 1 mm

Küləyin maksimal sürəti

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21 m/s, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Kəlbəcər və Naftalanda 18 m/s, Gədəbəy və Yardımlıda isə 16 m/s-dək güclənib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın