EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Noyabrın 25-də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Realist.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, sabah Bakıda və Abşeron yarımadasında da daxil olmaqla, respublikanın müxtəlif bölgələrində güclü külək və intensiv yağış müşahidə olunacaq. Bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı ehtimal edilir.

FHN güclü külək zamanı sakinləri müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağa çağırıb. Həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi və kiçikhəcmli gəmilərin dənizə çıxmaması tövsiyə olunub.

Nazirlik intensiv yağıntılarla əlaqədar sel və subasma təhlükəsinə qarşı da diqqətli olmağı tövsiyə edib. Belə hallarla üzləşən şəxslərə təhlükəli əraziləri tərk edərək yüksəkliyə qalxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək tapşırılıb.

İldırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, telefon danışıqlarından çəkinilməsi, elektrik xətləri və hündür ağacların yaxınlığında dayanmamaq da tövsiyələr arasındadır.

FHN təhlükə zamanı 112-yə zəng etməyin vacibliyini xatırladıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın