EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydaları və təxliyə ilə bağlı təlim təşkil olunub.

Fövqəladə Hallar Nazirliyindən Realist.az-a verilən məlumata görə, təlim Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən 32-ci məhəllədə yerləşən ticarət mərkəzində keçirilib.

Tədbirin əsas məqsədi obyektin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarını aşılamaq, yanğın baş verdikdə təxliyənin düzgün təşkilini təmin etmək və yanğından mühafizə bölmələrinin fəaliyyətini təkmilləşdirmək olub.

Təlimə FHN-in Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti idarələrinin, Sumqayıt Regional Mərkəzinin, həmçinin Polis İdarəsinin və Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb edilib.

Təlimin nəzəri hissəsində iştirakçılara yanğın və digər fövqəladə hallar zamanı davranış qaydaları, təhlükəsiz təxliyənin təşkili barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Praktiki mərhələdə şərti yanğınla əlaqədar həyəcan siqnalı verilib. Yanğından mühafizə bölmələri hadisə yerinə operativ çataraq yanğınsöndürmə tədbirlərinə başlayıblar. Eyni zamanda, təxliyə planına uyğun olaraq ticarət mərkəzinin əməkdaşları təhlükəsiz əraziyə çıxarılıb, şərti xəsarət alanlara ilkin tibbi yardım göstərilib və yanğın qısa müddətdə söndürülüb.

Təlimin sonunda nəticələr müzakirə edilib və gələcək fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın