EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” komandaları arasında Batumidə keçirilən oyunda baş verən insidentlərə münasibət bildirib.

Realist az xəbər verir ki, Kobaxidze mövcud risklərə baxmayaraq, matçın Batumidə keçirilməsini Türkiyəyə qarşı dostluq jesti kimi qiymətləndirib.

Onun sözlərinə görə, Türkiyədən olan azarkeşlərin əksəriyyəti Gürcüstan tərəfinin təklifini layiqincə qarşılayıb. Lakin bir neçə yüz azarkeş təxribatçı davranış nümayiş etdirib.

“Azarkeşlərə belə bir təklif edirsən, onlar isə buna yanlış hərəkətlərlə cavab verirlər. Bu, çox təəssüf doğurur”, – deyə Kobaxidze bildirib.

Baş nazir stadionda və onun ətrafında asayişin qorunmasına görə Gürcüstan polisinə də təşəkkür edib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın