22 sentyabrda BMT Baş Assambleyasında Fransa, Böyük Britaniya, Avstraliya və Kanada da daxil olmaqla bir çox ölkə Fələstini dövlət kimi tanımağa hazırlaşır.

Yenifikir.media bildirir ki,Yaponiya ABŞ-la münasibətləri qorumaq və İsrailin sərt reaksiyasından yayınmaq üçün hələlik bu addımı atmayacaq. Baş nazir Şigeru İşibanın toplantıya qatılmayacağı bildirilir. Vaşinqton Tokionu Fələstini tanımamağa çağırıb, lakin ABŞ rəsmiləri bunun ikitərəfli münasibətlərə zərər verəcəyini deyib.

Yaponiyada isə daxili təzyiqlər artır: 206 deputat hökumətə Fələstini tanımağı tələb edən məktub təqdim edib. Xarici işlər naziri Takeshi İvaya “Məsələ hərtərəfli qiymətləndirilir” açıqlaması verib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın