ABŞ Prezidenti Donald Tramp 23 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Yenifikir.media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Tramp həmçinin BMT Baş Katibi, Ukrayna, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli, Qətərlə isə çoxtərəfli görüşlər keçirəcək. Onun Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə də danışıqları planlaşdırılıb.

Ağ Ev bildirib ki, Tramp BMT-ni beynəlxalq ittifaqları gücləndirmək və ABŞ-ın mövqelərini irəlilətmək üçün istifadə edəcək. RT xəbər verir ki, bu il Baş Assambleyada 1967-ci ildən bəri ilk dəfə Suriya Prezidenti də iştirak edəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın