EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Rusiya Prezidenti Vladimir Putin Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyini jurnalistlərə bildirib. AZƏRTAC xəbər verir ki, Rusiya lideri Azərbaycan Prezidenti və onun xanımını salamladığını dəqiqləşdirib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandıran V.Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə “hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var”.

“Lakin mən hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq”, – deyə o vurğulayıb.

Yenifikir.media

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın