“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Dövlət Xidmətinin ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sahəsində səlahiyyəti ləğv edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq ilkin hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirəcək və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparacaq.

İndiyə qədər hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirirdi.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın