Birləşmiş Ştatlar Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitlə Avropaya tədarükünün tezliklə bərpa olunmasının tərəfdarı kimi çıxış edir.

Realist.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən xəbər verib.

Nəşr bildirir ki, bu təşəbbüs sentyabr ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoff və prezidentin kürəkəni Kuşner tərəfindən Moskva və Kiyevə səfərləri zamanı irəli sürülüb. Plan Avropa sanksiyalarından yan keçmək üçün Rusiya qazının amerikalı vasitəçi vasitəsilə satışını nəzərdə tutur.

WSJ-nin iddiasına görə, Vaşinqton bu ideyanı qış mövsümü ərəfəsində Avropada qaz ehtiyatlarının rekord həddə aşağı olması fonunda karbohidrogen qiymətlərini azaltmaq üsulu kimi Avropa liderlərinə də təqdim etməyə çalışıb. Eyni zamanda, Ağ Ev Rusiya qazının satışından əldə olunan vəsaitin üçüncü tərəfin yurisdiksiyası altında olan eskrou (escrow) hesabında saxlanılmasını təklif edib.

Bundan əlavə, Vaşinqton “Şimal axını” (Nord Stream) qaz kəmərinin fəaliyyətinin bərpasını təkcə Ukraynadakı münaqişənin həllinə deyil, həm də Rusiyanın Avropa ölkələri ilə uzunmüddətli fikir ayrılıqlarının nizamlanmasına gətirib çıxaracaq “böyük sazişin potensial vacib tərkib hissəsi” kimi nəzərdən keçirir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın