Almaniyanın xarici işlər naziri Vadeful Suriyadan sonra Livana səfər edib. O, Beyrutda Livan XİN rəhbəri Yusuf Recci ilə görüşüb.

Vadeful bildirib ki, Almaniya Livanda sabitliyin bərpasını dəstəkləyir və İsrailin hücumlarını qəbuledilməz sayır. Nazir Livanda silahların dövlət nəzarətinə verilməsinin vacibliyini vurğulayıb.Recci isə Almaniyadan İsrailə təzyiq göstərməsini və hücumları dayandırmasını istəyib.

Qeyd edək ki,Vadeful həmçinin prezident Cozef Avnla görüşərək bölgədə sülh və sabitliyin vacibliyini müzakirə edib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın