Polşada təyyarələrə saxta bomba xəbərdarlıqları: 20-dən çox hal qeydə alındı

Son günlər Polşada sərnişin təyyarələrinin minalanması ilə bağlı 20-dən çox saxta xəbərdarlıq daxil olub.

Realist.az “Polskie Radio”ya istinadən xəbər verir ki, bu barədə hava hərəkətini əlaqələndirən və onun təhlükəsizliyinə nəzarət edən Avropa təşkilatı — “Eurocontrol” məlumat yayıb.

Məlumata görə, saxta partlayış təhlükəsi xəbərdarlıqları yalnız sərnişin təyyarələrini əhatə edib. Noyabrın 5-də 14 reys, noyabrın 3-də isə 7 reys üzrə anoloji təhlükə mesajı daxil olub. Buna baxmayaraq, yalan xəbərdarlıqlar hava hərəkətində hər hansı gecikmələrə səbəb olmayıb.

“Eurocontrol” vəziyyəti diqqətlə izlədiyini və mümkün axsamaları minimuma endirmək üçün Avropa üzrə aviaşirkətlər, hava limanları və aeronaviqasiya xidmət təminatçıları ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın