Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov ilk nəzakət görüşünü Türkiyənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk Ulutaş ilə keçirib.

Görüş zamanı Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq çərçivəsində əhəmiyyəti vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi, eləcə də ikitərəfli əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində niyyətlərini ifadə ediblər.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın