Azərbaycanın xurma ixracı azaldı: 9 ayın rəsmi GÖMRÜK STATİSTİKASI
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib.
Realist.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın ümumi dəyəri 32,7 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2%), dəyər baxımından isə 1 milyon 389,9 min ABŞ dolları (4%) azdır. Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.
Xarici ticarət dövriyyəsi 5,2% artıb
Qeyd edək ki, 9 ay ərzində Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2% çoxdur.
Xarici ticarət dövriyyəsinin göstəriciləri aşağıdakı kimidir:
-
İxrac: 23 milyard 865 milyon ABŞ dolları (son 1 ildə 28,3% artım);
-
İdxal: 13 milyard 346 milyon ABŞ dolları (son 1 ildə 20,4% azalma).
Son nəticədə ölkənin xarici ticarətində 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,7 dəfə çoxdur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
