EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

“Bizim süfrə” markasının məhsullarının reklamı və satışı ilə bağlı istehlakçıların aldadıldığı iddia olunur.Ölkə.az xəbər verir ki, jurnalist İlhamə Rəsul bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, marketlərdə aparılan kampaniya çərçivəsində markanın məhsullarından 7 ədəd alan alıcılara elektronik məişət cihazı hədiyyə ediləcəyi vəd olunub. Lakin vəd edilən hədiyyə təqdim edilməyib.

Jurnalistin sözlərinə görə, market əməkdaşları özləri yaxınlaşaraq 7 ədəd məhsul alacağı təqdirdə fen, tozsoran, elektrikli çaydan, toster, ütü və digər cihazlardan birinin hədiyyə veriləcəyini bildiriblər. Kampaniyanı yoxlamaq məqsədilə məhsulları aldıqdan sonra ona ayın 15-də yaxınlaşması deyilib. Həmin tarixdə marketə getdikdə isə hədiyyələrin bitdiyi, növbəti həftə gəlməsinin lazım olduğu bildirilib.

Sonradan oğlu marketə gedərkən isə “hədiyyə” adı altında “pinqvin” loqolu paketdə cəmi 4 ədəd mayonez və ketçup təqdim olunub. İlhamə Rəsul qeyd edib ki, 7 ədəd məhsul almasına baxmayaraq, elektron cihaz əvəzinə bir neçə mayonezin verilməsi kampaniyanın aldadıcı xarakter daşıdığını göstərir.

Jurnalist baş verənləri istehlakçıların etimadından sui-istifadə kimi qiymətləndirərək, bu cür halların fırıldaqçılıq olduğunu vurğulayıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın