ABŞ Macarıstanın keçmiş baş naziri Orbanı BMT-nin Baş katibi vəzifəsinə uyğun namizəd hesab edir

“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ Orbanın dünya təşkilatının rəhbəri postu uğrunda mübarizəyə qoşulmasını istəyir və hesab edir ki, belə bir namizəd Rusiya və Çinin dəstəyini qazana bilər. Qəzetin Dövlət Departamentindəki mənbəsi hesab edir ki, keçmiş baş nazirin Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini təmin etmək imkanı var, üstəlik, onların 8-nin səsini heç bir xüsusi problem olmadan əldə etmək mümkündür. WSJ qeyd edir ki, əsas məsələ Böyük Britaniya və Fransanın əksəriyyətin rəyinə qarşı çıxmağa nə dərəcədə hazır olacağıdır, belə ki, bu iki ölkə “adətən veto hüququnun tətbiqinə ehtiyatla yanaşır”.

2017-ci ildən BMT-yə rəhbərlik edən Antoniu Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Təhlükəsizlik Şurasının üzvləri dünya təşkilatının rəhbəri postuna tövsiyə edəcəkləri namizədi seçirlər. Bundan sonra Baş Assambleya səsvermə keçirəcək və burada BMT-nin yeni Baş katibi rəsmən seçiləcək. Hazırda BMT Baş katibi postuna yeddi namizəd iddia edir: MAQATE-nin baş direktoru Rafael Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan (Kosta-Rika), Ekvadorun sabiq xarici işlər və keçmiş müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayana BMT yanında daimi nümayəndəsi Karolin Rodriges-Birkett, Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvonn Baki, Uqandanın BMT yanında keçmiş daimi nümayəndəsi Olara Otunnu və BƏƏ XİN-də dövlət naziri Lana Zaki Nuseyba.

“Realist.az” xəbər verir ki, diplomatik dəhlizlərdə yeni Baş katib uğrunda mübarizə getdikcə kəskinləşir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın