Böyük Britaniyanın Həmpsir qraflığında Hellouin (Halloween) bayramı şənliyi zamanı dəhşətli insident baş verib.
Realist.az-ın məlumatına görə, İstli şəhəri yaxınlığında keçirilən bayram gecəsində 16 və 17 yaşlı beş yeniyetmə ağır bıçaq xəsarətləri alıb.
İstintaqın ilkin versiyasına əsasən, hücumdan əvvəl bir qrup naməlum şəxs şənliyin təşkil olunduğu evə basqın edib. Bıçaqlanan yeniyetmələrin 5-i də dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını və tibbi helikopter cəlb olunub.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır və şahidlərin axtarışını davam etdirir. Cinayətin motivləri hələlik bəlli deyil.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
