Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkmənistanda keçiriləcək Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda görüşəcək. Forum Türkmənistanın daimi tərəfsizliyinin 30 illiyinə və 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsinə həsr olunub.Yenifikir.media bildirir ki, Putin forumda Türkmənistan Prezidenti Sərdar Berdimuhammedovun dəvəti ilə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki,forumda həmçinin Ermənistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan prezidentləri, eləcə də Azərbaycan, Macarıstan, Gürcüstan və Pakistan baş nazirləri iştirak edəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın