18 yaşadək uşaq və yeniyetmələr üçün təşkil olunan “FotoBax” milli fotomüsabiqəsinə müraciət prosesi davam edir.

Müsabiqə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi, beynəlxalq fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilir.

Layihənin əsas məqsədi uşaq və yeniyetmələrdə ekoloji şüuru formalaşdırmaq, Azərbaycanın zəngin təbiətinə maraq və sevgini artırmaq, eyni zamanda onların fotoqrafiya vasitəsilə yaradıcılıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı vasitəsilə təqdim edə bilərlər.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın