Makron kütləvi etirazlar ərəfəsində Müdafiə Şurasını toplayır
Fransa Prezidenti Emmanuel Makron bu gün Yelisey sarayında Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Realist.az-ın məlumatına görə, iclasın əsas mövzusu noyabrın 5-i və 7-nə planlaşdırılan kütləvi etirazlara, tətillərə hazırlıq və ictimai qaydanın təmin edilməsi olacaq.
Müşavirədə Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Bertoni, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mandon və Milli Polisin nümayəndələri iştirak edəcəklər. Hakimiyyət orqanları iki günlük etiraz aksiyaları zamanı iğtişaşların və zorakılıq hallarının baş verməsindən ehtiyat edir.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
