Türkiyə Super Liqasının iddialı təmsilçilərindən olan “Fənərbağça” klubu baş məşqçisi İsmayıl Kartal ilə yollarını rəsmən ayırıb.
Realist.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Müqaviləyə qarşılıqlı xitam verildi
Əldə olunan tərəflərarası razılığa əsasən, 65 yaşlı təcrübəli mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Klub rəhbərliyi İsmayıl Kartala göstərdiyi xidmətlərə və komandadakı əməyinə görə təşəkkür edib, gələcək kuryerasında uğurlar arzulayıb.
“Fənərbağça”nın yeni baş məşqçisinin kim olacağı ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
