Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankarada keçirilən ilk Türkiyə konsulluqlarının rəhbərlərinin Konfransında çıxış edib.

Hakan Fidan bildirib ki, xaricdə yaşayan türklərə göstərilən xidmətlər ölkənin xarici siyasətində mühüm yer tutur.

“2004-cü ildə 147 min olan xarici əməliyyat sayı bu gün 3 milyonun üzərindədir,” – deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə 263 nümayəndəlik və 99 baş konsulluqla dünyada ən geniş diplomatik şəbəkələrdən birinə sahibdir.

Konfransda xaricdəki türklərə xidmətlərin yaxşılaşdırılması və gələcək strategiyanın müəyyənləşdirilməsi müzakirə olunur.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın