Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında təmir-təmizlik işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.
Realist.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bu gün saat 12:00-dan etibarən sözügedən ərazidə yerləşən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq. Təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
