Kim Çen In Nampodakı gəmiqayırma tərsanəsinin modernləşdirilməsini sürətləndirməyi tapşırıb
Bu yaxınlarda vəfat xəbəri yayılan KXDR Lideri Kim Çen In Nampo şəhərindəki gəmiqayırma tərsanəsinə baş çəkərək, müəssisənin modernləşdirilməsi gedişatı və yeni hərbi gəminin tikintisi ilə tanış olub.
Realist.az-ın məlumatına görə, KXDR rəhbərinə tərsanənin yenilənməsinə dair növbəti fəaliyyət planı təqdim olunub.
Kim Çen In suüstü və sualtı hərbi dəniz qüvvələrinin sürətləndirilmiş şəkildə inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu addım dəyişən geopolitiki şərait və Şimali Koreyanın düşmənləri tərəfindən yaranan təhdidlərlə bağlıdır
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
