Trampdan Demokratlara sərt xəbərdarlıq: “Veto” yazılı papaq fotosu paylaşdı
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində üzərində “Veto” yazılmış qırmızı papaq fotosu paylaşıb.
Realist.az-ın məlumatına görə, bu paylaşım Demokratlar Partiyasının ABŞ Konqresinin hər iki palatasında – Nümayəndələr Palatası və Senatda çoxluq əldə edə biləcəyi barədə xəbərlərdən sonra edilib.
Eyni zamanda, ABŞ dövlət başçısı “CBS News”a müsahibəsində Demokratların onunla əməkdaşlıq etmək istəyəcəklərini bildirib: “Əks halda, mən sadəcə hər şeyə veto qoyacağam və bu, onların xoşuna gəlməyəcək”.
Müsahibədən əvvəl ABŞ lideri aralıq seçkilərin nəticələrini qəbul etməyə və Demokratlarla işləməyə hazır olduğunu bəyan etmişdi. “Ehtimal ki, biz nə isə düşünüb tapacağıq”, — deyə prezident əlavə edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
