EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

SEPAH: Hörmüz boğazında daha iki gəmi minaya çırpılaraq partlayıb

Hörmüz boğazının cənub hissəsində iki tankerin dəniz minaları ilə toqquşması nəticəsində güclü partlayışlar baş verib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

Gəmilər “icazəsiz marşrut”la hərəkət edirmiş

SEPAH-ın iddiasına görə, sözügedən gəmilər bütün aşkarlama və naviqasiya sistemlərini söndürərək “icazəsiz marşrut” üzrə hərəkət etməyə cəhd göstəriblər.

2 milyon barel neft daşıyan tanker batıb

Həmçinin bildirilir ki, göyərtəsində 2 milyon barel neft olan tankerlərdən biri güclü partlayışdan sonra Fars körfəzinin cənub sularında batıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu gəmi sahiblərinə Hörmüz boğazındakı “qadağan olunmuş zonaya yaxınlaşmağın yolverilməzliyi” barədə növbəti dəfə xəbərdarlıq edib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın