Milli Məclisin sabiq deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 1 milyon 438 744 manat vergi borcu yaranıb.Bu, şirkətin əvvəlki illərə nisbətdə ən az vergi borcudur.

Belə ki, 2022-ci ildə bu məbləğ 10 milyon manata yaxın idi.

Qeyd edək ki, şirkətin təsisçilərindən biri də Rafet Ekmekçioğlu olub. O, 2022-ci ildə özünə məxsus 50% payı İqbal Məmmədova verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Onu da əlavə edək ki, “Relax” istirahət mərkəzi də Lerikin sabiq deputatına məxsusdur. Sözügedən istirahət mərkəzi daha öncəki illərdə qalmaqalla yadda qalmışdı. Belə ki ki, obyektə yoxlamaya gələn Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digər qohumları tərəfindən döyülmüşdü.(Teleqraf)

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın