İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, yaxın günlərdə Moskvada İran və Rusiya arasında yeni atom enerji bloklarının inşasına dair saziş imzalanacaq.

Eslaminin sözlərinə görə, o, Rusiyaya səfəri çərçivəsində atom elektrik stansiyalarının tikinti sahələrində olub və müqavilə üzrə danışıqlar aparıb. O bildirib ki, saziş bu həftə imzalandıqdan sonra layihə, mühəndislik və digər işlərin icrasına dərhal başlanılacaq.

Qeyd edək ki, mövcud razılaşmaya əsasən, Rusiya İranda səkkiz enerji bloku tikir, onların dördü Buşehr şəhərində yerləşir. Eslami səfər zamanı həmçinin rusiyalı rəsmilər, “Rosatom” şirkəti və Kurçatov İnstitutunun nümayəndələri ilə görüşəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın