İsrailin müdafiə naziri İsrael Kats HƏMAS hərəkatı könüllü şəkildə tərksilah olunmasa, Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlayacaqları ilə hədələyib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, İ.Katsın sözlərinə görə, “Gideonun döyüş arabası-2” adlı əməliyyat anklavın təxminən bir milyon sakininin yenidən cənuba köçürülməsini və ərazinin Rəfah və Beyt-Hanun modeli üzrə təmizlənməsini əhatə edəcək. Nazir həmçinin bildirib ki, İsrail Qəzza sakinlərinin anklavdan kənara könüllü çıxışını təşkil etmək üçün zəruri infrastruktura malikdir.
Ultimatum ABŞ-nin Qəzza planı ətrafındakı fikir ayrılıqları fonunda səslənib
Qeyd olunur ki, bu ultimatum ABŞ-nin Qəzzanın bərpası planı ətrafında yaranmış fikir ayrılıqları fonunda irəli sürülüb:
-
İyul ayında HƏMAS İsrail qoşunları çıxarıldıqca silahların mərhələli şəkildə təhvil verilməsinə razılaşmışdı;
-
Lakin Baş nazir Benyamin Netanyahu bu sxemi rədd edərək, İsrail ordusu geri çəkilməzdən əvvəl qruplaşmanın tam tərksilah olunmasını tələb edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


