İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.Bu barədə “Report” İtaliya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

İtaliya Prezidenti, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.

Bundan əlavə, oktyabrın 1-də Prezident S.Mattarella ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya-Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.

O, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın