Bakıda U-15 dünya çempionatı: Millimiz bu gün Andorra və Avstraliya ilə üz-üzə gəlir
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan milli komandası bu gün növbəti matçlarına çıxacaq.
“Realist.az”ın məlumatına görə, baş məşqçi Famil Xəlilovun yetirmələri gün ərzində iki vacib görüş keçirəcəklər:
-
Saat 12:45: Azərbaycan – Andorra
-
Saat 19:30: Azərbaycan – Avstraliya
Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Möhtəşəm start: İlk oyunda 6:0 hesablı qələbə
Xatırladaq ki, milli komandamız turnirdəki ilk matçında Timor-Leste yığması ilə qarşılaşıb. Bakı Kristal Zalında təşkil olunan həmin görüş millimizin 6:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.
U-15 millimizin növbəti gün üçün oyun cədvəli:
-
26 oktyabr (saat 11:30): Azərbaycan – İsrail (Hövsan Yarış Kompleksi)
-
26 oktyabr (saat 18:15): Azərbaycan – Haiti (Hövsan Yarış Kompleksi)
Turnirdə 189 ölkə yarışır
Qeyd edək ki, mötəbər turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində ümumilikdə 1000-ə yakın oyunun keçirilməsi planlaşdırılır.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatının oyunları Hövsan Yarış Kompleksində, turnirin çempionunu müəyyənləşdirəcək final görüşü isə Bakı Kristal Zalında keçiriləcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
