Neft maqnatı Con Rokfellerin nəticəsi VƏFAT ETDİ

ABŞ-nin ən tanınmış və varlı sülalələrindən birinin nümayəndəsi, keçmiş senator Con D. “Cey” Rokfeller IV 89 yaşında Vaşinqtonda dünyasını dəyişib.

Realist.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, onun ölüm səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.

Con Rokfeller IV 30 ilə yaxın müddətdə ABŞ Senatında təmsil olunub. Siyasi fəaliyyəti dövründə o, aztəminatlı ailələr üçün səhiyyə sisteminin genişləndirilməsinə nail olub və Prezident kiçik Corc Buşun İraqdakı hərbi əməliyyatlarla bağlı siyasətini kəskin tənqid etməsi ilə yadda qalıb.

Qeyd edək ki, o, XX əsrin əvvəllərində “Standard Oil” tresti ilə neft sənayesini inhisara alan və dünyanın ilk dollar milyarderlərindən biri kimi tarixə düşən sənayeçi-milyarder Con D. Rokfellerin nəticəsidir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın