Fənərbaxçadan qalmaqallı şəkildə ayrılan Joze Mourinyo karyerasını vətənində davam etdirmək qərarına gəlib və “Benfika” ilə anlaşıb. Klub onun maaşı və müqavilə şərtlərini mətbuata açıqlayıb.

Yenifikir.media xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, məşqçi “Benfika” ilə 2 illik müqavilə bağlayıb. Şərtlərə əsasən, 2025/26 mövsümünün son oyunundan sonra 10 gün ərzində həm klub, həm də Mourinyo müqaviləni birtərəfli ləğv edə biləcək. Mourinyo “Benfika”dan illik 6 milyon avro xalis maaş və uğurlara görə əlavə bonuslar istəyib.

Xatırladaq ki, Mourinyo 2000-ci ildə ilk dəfə A komandasına məhz “Benfika”nın baş məşqçisi kimi rəhbərlik etmişdi.

Ümid edirik ki, bu dəfə ayrılıq zamanı təzminat söhbəti gündəmə gəlməyəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın